...

Əliməmməd Nuriyev: "Azərbaycanın müxalifət düşərgəsindəki siyasi blokların fəaliyyəti daha çox xarici amillərə əsaslanır"

Siyasət Materials 3 Aprel 2006 12:08 (UTC +04:00)

"Əvvəlki təcrübələr göstərir ki, Azərbaycan cəmiyyətində bloklaşma prosesinin ciddi perspektivi yoxdur. O baxımdan hesab edirəm ki, siyasi blokların yaradılması hansısa cidddi nəticələrə gətirib çıxarmayacaq". Bu fikirləri Trend ə açıqlamasında keçmiş millət vəkili və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sabiq funksioneri Əliməmməd Nuriyev bildirib.

O, yeni yaradılmış "Azadlıq" blokunun fəaliyyətinə münasibət bildirərkən qeyd edib ki, seçkidən sonra hazırda müxtəlif siyasi təşkilatların yenidən qruplaşması, öz fəaliyyətlərini cəmiyyətə təqdim etmək üçün bloklaşma prosesinə qoşulması dövrüdür. Amma blokların yaradılması hələ ki, daha çox ictimai fikirdə qalmaq məqsədi daşıyır. "Əvvəlki təcrübələrə istinad edərək düşünürəm ki, bloklaşma prosesi hansısa ciddi nəticələrə gətirib çıxarmayacaq. Ola bilər ki, bu bloklar hansısa mərhələdə müəyyən qədər irəliləyişə nail olsun, cəmiyyətdə bir canlanma yaratsın. Amma son anda yenə də bir sıra ideoloji, təşkilati və şəxsi xarakterli məsələlər istənilən blokun işini sona çatdıracaq. Burada fikir ayrılıqları da, şəxsi ambisiyalar da rol oynayacaq".

Əliməmməd Nuriyevin fikrincə, Azərbaycanda müxalifət düşərgəsində siyasi blokların fəaliyyəti daha çox xarici amillərə əsaslanır: "Yəni, bloklar daha çox özünü xaricə təqdimetmə xarakteri daşıyır, nəinki xalqın özünə istinad etmə. Buna görə də blokların fəaliyyəti uğursuzluqla nəticələnir".

Xəbər lenti

Xəbər lenti