...

Türkiyə prezidentinin xanımı Azərbaycanın Muzey mərkəziinə baş çəkib

Siyasət Materials 4 Aprel 2006 21:00 (UTC +04:00)

Trend bildirir ki, Türkiyə prezidentinin xanımı Semra Sezer aprelin 4-də Bakıda Azərbaycan Respublikasının Muzey mərkəzində olub.

Səmra xanım Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ekspozisiyalarına tamaşa edib. Hörmətli qonağa muzey barədə məlumat verilib və bildirilib ki, burada Azərbaycan xalçaçılıq sənətinin XIII-XX əsrlərə aid minədək nümunələri qorunub saxlanılır.

Səmra xanım xalçaçı qızların iş prosesi ilə əyani tanış olub, muzeydə nadir, zəngin el sənəti nümunələri ilə tanışlığın xoş təəssürat doğurduğunu bildirib.

Türkiyə Prezidentinin xanımına muzeyin direktoru, sənətşünas Röya Tağıyevanın "Azərbaycan xalçası" kitabı hədiyyə olunub.

Səmra xanım Sezər də muzeyə öz hədiyyəsini təqdim edib, kollektivin üzvləri ilə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Səmra Sezer həyat yoldaşı Əhməd Nejdet Sezeri onun bu gün Azərbaycana başlamış ikigünlük rəsmi səfərində müşayiət edir.

Xəbər lenti

Xəbər lenti