...

Azərbaycan XİN başçı Braziliyada ikitərəfli əməkdaşlığa dair iki sənəd imzalayıb

Siyasət Materials 5 Aprel 2006 12:07 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Braziliyaya səfəri zamanı ikitərəfli əməkdaşlığa dair iki sənəd imzalanıb. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Səfər zamanı nazir bu ölkənin rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşlər keçirib. O, sənaye və xarici ticarətin inkişaf nazirinin müavini, nazirin vəzifələrinin icraçısı İvan Gimarayeş Ramalio, təbii sərvətlər naziri Saylos Rondo ilə görüşüb.

E.Məmmədyarov, həmçinin, Braziliyanın xarici işlər naziri Selso Amorimlə də görüşüb. Bu görüşlər zamanı siyasi, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sülh danışıqlarının gedişi, beynəlxalq təhlükəsizlik sistemində Azərbaycanın rolu, ölkədə aparılan siyasi və iqtisadi islahatlar müzakirə edilib.

Danışıqların yekunları üzrə ikitərəfli əməkdaşlığa dair iki sənəd imzalanıb: Azərbaycan və Braziliya Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum və diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizasız rejimə dair saziş.

Bu gün azərbaycanlı nazirin Rio-de-Janeyroya səfəri başlayır. Nazir burada bir sıra göruşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti