Aprelin 12-13-də İstanbulda İslam Konfransı Təşkilatının Parlamentlərarası Birliyinin 4-cü konfransı keçiriləcək. Bu barədə Trend Türkiyə parlamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Konfransın işində 47 dövlətin parlamentlərinin spikerləri və nümayəndələri, eləcə də 10 regional və beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək. Tədbirdə Türkiyə prezidenti Əhməd Necdət Sezər də iştirak edəcək. Tədbirin təşkilatçısı isə Türkiyə Böyük Millət Məclisidir.
Konfransı giriş sözü ilə Türkiyə parlamentinin spikeri Bülənt Arınc açacaq.
Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Azərbaycan parlamentinin spikeri O.Əsədovun bu tədbirdlə iştirakı məsələsi hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, İKİ-nın Parlamentlərarası Birliyi 1999-cu ildə yaradılıb. Strukturun rəsmi ofisi Tehrandadır. Üçüncü konfrans 2005-ci ildə Seneqalda keçirilib.