Azərbaycanın Avropa Şurasındakı parlament nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu günlərdə AŞPA-nın Bürosunda müzakirə olunacaq məruzənin layihəsini hazırlayıb. Bu barədə aprelin 11-də Strasburqda Trend in müxbiri ilə söhbətində R.Hüseynov özü məlumat verib.
Onun sözlərinə görə, "Ermənistan ərazisindəki Azərbaycanın tarixi əhəmiyyətli mədəniyyət abidələrinin vəziyyəti" adlı sənəddə qeyd olunur: "20-ci əsrdə deportasiya siyasətinin aparılmasına kimi yüz minlərlə azərbaycanlı Azərbaycan ərazisində yaşayaraq zəngin mədəniyyət yaratmışdılar. Çar Rusiyasının erməniləri Cənubi Qafqazda məskunlaşdırması prosesini arxiv materialları üzrə araşdıran tədqiqatçı N. Şavrov 1911-ci ildə dərc olunan "Qafqazda Rusiyanın işlərinə yeni hədə" kitabında qeyd edib ki, regionda 20-ci əsrin əvvəllərində yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu gəlmə əhalidir və buraya rusların özləri tərəfindən köçürülüblər.
Hazırkı Ermənistanın ərazisində 1829-1832-ci illərdə aparılan ilk siyahıyaalmanın yekunları üzrə, rus məmuru İ.Şopen qeyd edib ki, siyahıyaalma zamanı müəyyən olunub ki, İrəvan quberniyasında 3498 ailədə 20073 erməni yaşayır, bu da azərbaycanlıların sayından 8 dəfə azdır.
1931-ci ildə Moskvada işıq üzü görmüş Zaqafqaziyanın xəritəsində Ermənistanın yaşayış məntəqələrinin adlarının 78.1 %-i Azərbaycan, yalnız 3.45 %-i erməni adları olub. Deməli, qədimdən azərbaycanlıların yaşadıqları bu ərazilərdə zəngin mədəni baza yaradılıb və bu da öz əksini müvafiq sənədlərdə tapıb. İrəvan ərazisindəki şərq memarlığının inciləri hesab edilən 12 məscid, eləcə də 30-a qədər ziyarətgah və yüzlərlə qəbirsanlıq məhv edilib.
Ən pisi isə odur ki, dünya mədəniyyət abidələri sırasına daxil olan abilər vəhşicəsinə dağıdılır.
Bu siyasət işğal olunmuş Azərbaycan ərazilərində də davam etdirilir. Ağdam rayonunun Boyəhmədli kəndinin ərazisindəki 2 min qədim insan heykəli (1970-1980-ci illərin fotoşəkilləri arxivlərdə saxlanılır), eləcə də Füzuli rayonu ərazisindəki dünya şöhrətli Azıx mağarası, Nüvədi kəndindəki (indiki Ermənistanın Meğri rayonu ərazisindəki ) yaşı min ildən çox olan daş kitab artıq çoxdan ümumdünya miqyaslı səviyyəyə çıxıb.
Mədəni dəyərlərin əksəriyyətinin artıq məhv edilməsinə baxmayaraq, onlardan bəzilərinin hələ də saxlanıldığını söyləməyə əsas var. Onlar artıq təkcə Azərbaycanın milli mədəniyyətinin bir hissəsi deyil, bütün Avropa və dünya abidələrinin sırasına daxildir. Qalan nə varsa, onların saxlanılması və bərpa edilməsi vacibdir".
Yuxarıda göstərilənlərə əsaslanaraq, R.Hüseynov müasir Ermənistanın ərazisindəki abidələrin mühafizəsi sahəsində monitorinqşin keçirilməsini və bu məsələ üzrə xüsusi sənədin hazırlanmasını və bunun üçün xüsusi məruzəçi təyin olunmasını təklif edir.