...

Səməd Seyidov: "Ermənistan, Azərbaycan və Gürcüstanda qaçıqanlar avə məcburi köçkünlər" məruzəsi Azərbaycanın maraqlarına cavab verir

Siyasət Materials 12 Aprel 2006 14:33 (UTC +04:00)
Səməd Seyidov: "Ermənistan, Azərbaycan və Gürcüstanda qaçıqanlar avə məcburi köçkünlər" məruzəsi Azərbaycanın maraqlarına cavab verir

Boris Çileviçin "Ermənistan, Azərbaycan və Gürcüstanda qaçıqanlar avə məcburi köçkünlər" məruzəsinin layüihəsi ümumilikdə rəsmi Bakının maraqlarına cavab verir. Bu barədə aprelin 12-də Strasburqda Trend in müxbiri ilə müsahibəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

"AŞPA kimi beynəlxalq strukturlarda ölkənin mövqeyini birmənalı şəkildə əks etdirən sənədin laiyhəsinin hazırlanmasına nail olmaq çətindir" - deyə S.Seyidov bildirib və Azərbaycanın nümayəndə heyətinin bu sənədlə bağlı müəyyən düzəlişlərlə çıxış etdiklərini, ümumilikdə isə onu "normal" adlandırmağın mümkün olduğunu qeyd edib.

Məruzəçi latviyalı Boris Çileviçin özünə gəldikdə isə nümayəndə heyətinin başçısı onun işinə yüksək qiymət verib və məruzəçinin vəziyyəti yerindəcə öyrənmək üçün dəfələrlə regiona səfər etdiyini qeyd edib.

"Müəyyən dəyişikliklərin edilməsinin vacibliyinə baxmayaraq, məruzə reallıqları əks etdirir və aprelin 13-də Azərbaycandan olan deputatlar fəal çıxışlar etməyə və düzəlişlər etməyə başlayacaqlar",-deyə sonda S.Seyidov bildirib.

Qeyd edək ki, B.Çileviçin məruzəsi Strasburqda AŞPA-nın yaz sessiyasının yekun gününün sonuncu bəndinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti