...

Bələdiyyələrlə İş üzrə Mərkəz Milli Məclisin regional məsələlər daimi komissiyasına arayış təqdim edəcək

Siyasət Materials 12 Aprel 2006 14:37 (UTC +04:00)

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş üzrə Mərkəzi bələdiyyələrin fəaliiyəti ilə bağlı Milli Məclisin regional məsələlər daimi komissiyasına arayış təqdim edəcək. Trend xəbər verir ki, bu barədə adıçəkilən komissiyanın aprelin 12-də keçirilən iclasında komissiyanın sədri Arif Rəhimzadə bildirib.

A.Rəhimzadə bildirib ki, arayış komissiyaya daxil olduqdan sonra müzakirə olunub spikerə təqdim olunacaq. Komissiyanın sədri bələdiyyələr tərəfindən vətəndaşlara su sərhəddi yaxınlığında tikinti üçün torpaq sahələrinin ayrılmasından da narahatlığını bildirib. Qeyd edib ki, su sərhəddindən 130 km aralıda inşa edilən tikintilərin sökülməsi ilə bağlı mərhum prezident Heydər Əliyevin sərəncamı olduğu halda həm Xəzər dənizi, həm də Ceyranbatan, Xocahəsən və digər su hövzələrinin bir addımlığında tikintilər aparılır: "Belə hallar gələcəkdə böyük fəsadlar törədə bilər".

A.Rəhimzadə bildirib ki, Bələdiyyələrlə İş üzrə Mərkəzin regional məsələlər daimi komissiyasına təqdim edəcəyi arayışda bu məsələ də öz əksini tapacaq.

Onu da bildirək ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən bu məsələ ilə bağlı bəzi rayonlarda monitoriq aparılıb.

Xəbər lenti

Xəbər lenti