...

Marneulidə Nizami Gəncəvinin barelyefini təhqir etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Siyasət Materials 17 Aprel 2006 14:43 (UTC +04:00)

Gürcüstanın Marneuli rayonunda Azərbaycan şairi Nizami Gəncəvinin barelyefini təhqir etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Onun sözlərinə görə, yerli polis səfirliyin nümayəndəsinə istintaqın artıq ilkin mərhələsi başa çatıb və onun yekunları üzrə cinayət işinin qaldırılacağı gözlənilir.

Xatırladaq ki, aprelin 14-dən 15-nə keçən gecə Gürcüstanın Marneuli rayonunda Nizami Gəncəvinin barelyefi rəngə batırılmış və onun üzərində azərbaycanlılar barədə təhqirəamiz ifadələr yazılmışdı. Səfirliyin nümayəndələri bunun artıq millətlər arasında ayrı-seçkiliklə bağlı ikinci hadisə olduğunu nəzərə alaraq yerli hakimiyyət orqanlarına və hüquq-mühafizə strukturlarına müraciət edib. Aprelin 17-də Marneuli sakinləri olan azərbaycanlılar şəhərin mərkəzində piket təşkil edərək polisdən, eləcə də hökumətdən məsələnin tezliklə araşdırılmasını və cinayətkarların cəzalandırılmasını tələb ediblər.

Xəbər lenti

Xəbər lenti