Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmmərüzəçiləri Milli Məclisə keçirilən təkrar seçkilərdən sonra Bakıya gələcək. Bu haqda AŞPA-nın estoniyalı həmməruzəçisi Andres Herkel Trend agentliyinə eksklüziv olaraq məlumat verib.
"Biz məruzəçi kimi Andreas Qrossla (AŞPA-nın İsİsveçrədən olan həmməruzəçisi - Trend ) təkrar parlament seçkilərindən sonra Bakıya gələcəyik" - deyə Herkel bildirib. O qeyd edib ki, həmin məsələ artıq razılaşdırılıb.
Həmməruzəçilərin AŞPA-nın Monitorinq Missiyasına daxil edilməməsinə gəldikdə, Herkel deyib ki, bu məsələ müşahidəçilərin sayının 40-dan 20-dək ixtisar edilməsi ilə bağlıdır. "Lakin biz mütləq mayın sonuna qədər Azərbaycana gələcəyik" - deyə o vurğulayıb.