Trend in Beynəlxalq Valyuta Fondunun Mərkəzi Asiya və Yaxın Şərq üzrə Departamentinin direktor müavini ilə müsahibəsi
- Azərbaycan hökuməti ilə apardığınız son danışıqlar zamanı Sizə makroiqtisadi sabitliyə yardımı nəzərdə tutan əməkdaşlığın yeni forması Stand-by təklif olundumu?
- Azərbaycan hökuməti daha çox makroiqtisadi vəziyyətlər üçün nəzarət kontekstində mütəmadi məsləhətləşmələrin aparılmasında maraqlıdır. Bu, bir çox parametrlərdən asılıdır və icmallar "BVF haqqında" Razılaşmanın 4-cü maddəsi üzrə böyük missiya çərçivəsində ildə ən azı bir dəfə keçiriləcək. Zərurət yaranarsa, bir və ya iki missiya ola bilər.
- Dövlət Neft Şirkəti və hökumətlə keçirilən görüşlərdə BVF-nun neft şirkətlərinin vergiödəmə sistemləri üzrə təkliflərinə baxıldımı?
- Düşünürəm ki, sistem dəyişilib və bu, 2006-cı il dövlət büdcəsində öz əksini tapıb. Proqressiv ixrac vergisi tətbiq edilib və hazırda hökumət ARDNŞ-dən daxil olan vergilərin hesablanmasının metodikası üzərində işləyir. Büdcə qanunu qüvvəsində olduğu üçün bizi Vergi Məcəlləsində ixrac vergisi anlayışının əks olunmaması qane edir (BVF VM-nə neftə görə ixrac vergisi tətbiq etməyi təklif etmişdi - qeyd Trend indir). Neftin qiymətinin artdığı şəraitdə əlavə gəlirlər əldə olunacaq.
- Neftin qiymətinin dövlət büdcəsində qoyulan qiymətdən (1 barel üçün $40) aşağı düşəcəyi halda Dövlət Neft Fondunun sərəncamına verilən Sabitləşdirilmiş hesab vəsaitlərindən istifadə məsələsi müzakirə olundumu?
- Əgər neftin bir barelinin qiyməti artıq $70-a çatıbsa, o zaman neftdən gələn gəlirlərin böyük əksəriyyətini Neft Fondu müəyyən edir, belə ki, bütün gəlirli neft birbaşa ARDNF-na gedir. $40 və $70 arasında olan qiymət zamanı da vəsait yenə ARDNF-na daxil olur. Hökumət qeyri-neft gəlirlərindən daha çox vəsait toplayacaq və onlar dövlət büdcəsinə verilə biləcək.
- Zəhmət olmasa, BVF-nin ölkə hökumətinə neft gəlirlərinin daha səmərəli idarə olunması və istifadəsinə dair yeni təklifləri barədə danışın.
- Biz hökumətə ARDNŞ-dən ixrac vergisi, mənfəət vergisi daxil olmaqla neft hasilatından gələn bütün gəlirləri tamamilə Dövlət Neft Fondunun hesabına köçürməyi təklif etmişik. Bu, bütün təbii ehtiyatlar rentasıdır və Dövlət Neft Fondunda toplanmalıdır və öz növbəsində, hökumətin bütün xərclərini bir böyük transfertlə maliyyələşdirməlidir.
Hökumət bu fəaliyyəti planlaşdırmaq üçün tam bir sıra məsələləri həll etməyin lazım olduğunu izah edib və bu, bir il ərzində təsdiq oluna bilməz. Əsas odur ki, ARDNF-nin və hökumətin bütün gəlirləri və xərcləri istənilən halda baxılmaq üçün parlamentə təqdim olunsun və Milli Məclis vəsaitin necə xərcləndiyini bilsin. Beləliklə, büdcə qüvvətlənmiş olur.
Azərbaycandakı şəffaflıq planında hər şey normaldır. Lakin gəlirlərin idarə olunması planında neft pullarının bir yerdə toplanması daha səmərəli olar. Bu, həm də pul-kredit siyasətinin aparılmasında Milli Bank üçün də asan olar. Başlıcası, hökumətin bütün xərclərin və gəlirlərin parlament vasitəsilə təsdiq olunması prinsipinə sadiq olmasıdır.
- Milli Bankın ötən ildən davam edən milli valyutanın möhkəmləndirilməsi ilə bağlı siyasətinə münasibətiniz necədir?
- Bu, bazar tərəfdən təzyiqdə əks olunur. Hazırda bazar getdikcə daha çox dollar təklif edir və bu təzyiq həm özəl sektor, həm hökumət, həm də Neft Fondu tərəfindən göstərilir. Milli Bank pul bazasında öz kəmiyyət göstəricilərinə malikdir və o öz siyasətində bazar tərəfdən reaksiyaya cavab verir. Buna kursun süni qalxması və ya enməsi demək olmaz. Bu , bazar tərəfdən təzyiqdir. Bu, normal haldır. Çünki xərclərin həyata keçirilməsi üçün manatı konversiya etmək lazımdır. Əgər neft ixracının necə yaxşı inkişaf etdiynə baxılarsa (o, ötən il $750 mln. dollardan çox olub), o zaman görmək olar ki, bu pullar daxili bazara daxil olur. Qeyri-neft ixracatçıları, eləcə də özəl sektor öz əməliyyatlarını həyata keçirmək üçün konversiya edir.
Bununla əlaqədar, inflyasiyanın artım sürəti Milli Bankın hökümətdən aldığı bütün valyuta alışını sterilizə etmək imkanlarından, hökumətin çevikliyindən (yəni əgər xərcləri azaltmaq lazım gələrsə), MB-ın pul siyasəti üzrə öz göstəricilərinə çatmağa kömək etməkdən asılıdır.
Əgər Milli Bankın valyuta və faiz siyasətində bu çeviklik çatışmazsa, əgər hökumət büdcəni tam yerinə yetirərsə, o zaman inflyasiyanın ikirəqəmli qiymətdə qalacağı risqi var. Əgər hökumətin bütün dedikləri baş verərsə, o zaman əvvəlcə pul siyasətinin bütün mexanizmləri işə salınmalıdır. O, kömək etməzsə, büdcə kömək edəcək və onda prinsipcə inflyasiya birrəqəmli ola bilər.
- Dövlət Statistika Komitəsi onda istehlak qiymətlərinin hesablanmasının təkmil metodologiyasının olduğunu və onun Beynəlxalq Əmək Təşkilatının, BVF-nin və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son tövsiyələrinə uyğun gəldiyini güman edir. Bununla əlaqədar, o, yeni texnologiyanın işlənməsinə və fondun texniki yardımına ehtiyac görmür ...
- Belə yoxlamalar hələ olmayıb. Bu yaxınlarda tamamilə yeni texnologiya tətbiq edilib və çoxlu sayda təkmilləşdirmələr aparılıb. Bir çox göstəricilərin indeksi üzrə Azərbaycanın Dövlət Statistika Komitəsi beynəlxalq standartlara yaxınlaşıb, bunun üçün indeksin hesablanmasının bütün aspektləri ilə tanış olmaq üçün 2-3 həftəliyə daha bir böyük texniki missiya lazımdır.
Bu missiya 6-9 ay ərzində gözlənilir və o, hələlik yeni metodologiyaya müvafiq olmayan istehlak qiymətləri indeksinin bütün aspektlərinin tam təhlilini aparacaq.