...

Azərbaycan Ali Məhkəməsinin məhkəmə kollegiyaları sədrləri təyin olunub

Siyasət Materials 20 Aprel 2006 19:55 (UTC +04:00)

Trend agentiliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev aprelin 20-də Hacıbala Müseyib oğlu Sadıqovu Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının sədri təyin edib.

Prezident digər sərəncamı ilə Ramazan Hacı oğlu Burcayevi Ali Məhkəmənin Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri təyin edib.

Bundan əlavə, İ.Əliyev Hikmət Abbas oğlu Mirzəyevi Ali Məhkəmənin İqtisadi Mübahisələrə dair Məhkəmə Kollegiyasının sədri təyin edib.

Dövlət başçısı həmçinin, Şəlalə Ağakərim qızı Məmmədovanı Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri təyin edib.

Xəbər lenti

Xəbər lenti