Türkiyədə Çanaqqala quru qoşunları hərbi əməliyyatlarının başlanmasının 91 illiyi qeyd olunur. Gelibolu yarımadasında "Şəhidlərə" abidəsi qarşısında həlak olanların xatirəsini anma mərasimi keçirilib. Trend in Türkiyədəki müxbirinin məlumatına görə, tədbirlərdə bu ölkənin rəsmi şəxsləri ilə yanaşı, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və digər dövlətlərdən nümayəndə heyətləri iştirak edir.
Yarımadada hərbi əməliyyatların aparıldığı yerlərdə o zaman türk ordu sıralarında könüllü vuruşmuş azərbaycanlı şəhidlərin də məzarları var. "Şəhidlərə" abidənin yanında başdaşı üzərində "Məhmət-Azərbaycan" yazılmış naməlum əsgərin də məzarı var.