...

Vitse spiker 8 mayın işğal olunmuş ərazilər günü kimi qeyd edilməsinə ehtiyac görmür

Siyasət Materials 26 Aprel 2006 16:11 (UTC +04:00)

"Təqvimdə ayrıca olaraq bir günün işğal olunmuş ərazilər günü kimi qeyd edilməsinə ehtiyac görmürəm". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin spiker müavini Bahar Muradova bildirib.

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) Milli Məclisə müraciət ünvanlayaraq Şuşanın işğalı günü - mayın 8-nin Azərbaycanın işğal olunmuş əraziləri günü elan olunmasını təklif edib. QAT artıq bir neçə ildir ki, belə bir təkliflə parlamentə müraciət edir.

Vitse-spiker Bahar Muradova bu təklifə münasibət bildirərkən deyib ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərin bir nümayəndəsi kimi, o, torpaqlarımızın işğaldan azad olunduğu günün tarixə düşməsinin və qeyd olunmasının tərəfdarıdır. Onun fikrincə, ərazilərimizin ermənilər tərəfindən işğalının ümumiləşdirilmiş şəkildə bir gündə qeyd olunması Azərbaycan torpaqlarının işğal altında qalması ilə barışması kimi başa düşülə bilər.

"Təqvimdə hər bir rayonun ayrılıqda işğal günü, Azərbaycanlıların soyqırım günü, Xocalı faciəsi günü var. Biz yalnız konkret bir gündə bu barədə düşünməməliyik. Hər gün bizə torpaqlarımızın işğal altında olduğunu xatırlatmalıdır. Ona görə də biz fəaliyyətimizi ona yönəltməliyik ki, ərazilərimizin işğaldan azad edəcəyimiz günü əldə edək. Ona görə də işğalla bağlı ayrıca bir gün elan olunmasını vacib hesab etmirəm"-deyə spiker müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti