...

Sverdlovsk vilayətinin nümayəndə heyəti Azərbaycana gələcək

Siyasət Materials 3 May 2006 13:58 (UTC +04:00)

Mayın sonunda Sverdlovsk vilayətinin nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Rusiyanın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Pyotr Burdıkin məlumat verib.

"Nümayəndə heyətinin tərkibi formalaşdırılır və mayın sonunda Bakıda ticari-iqtisadi danışıqlar aparılacaq", - deyə P. Burdıkin bildirib. O xatırladıb ki, bu günlərdə Voronej vilayətinin nümayəndə heyəti iqtisadi əlaqələr qurmaq məqsədilə Azərbaycanda olub.

"Ölkələrimiz arasında əlaqələr inkişaf edir və mən düşünürəm ki, 2006-cı ilin sonunadək belə səfərlərin sayı artacaq", - deyə rusiyalı diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti