...

Bakıda İƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının XVI iclası öz işinə başlayıb

Siyasət Materials 4 May 2006 11:48 (UTC +04:00)
Bakıda İƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının XVI iclası öz işinə başlayıb

Trend in xəbər verdiyi kimi, mayın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının XVI iclası öz işinə başlayıb.

İclasda təşkilatın üzvü olan 10 ölkənin - Azərbaycan, İran, Pakistan, Türkiyə, Əfqanıstan, Qazaxıstan, Qırğızstan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edir.

Rotasiya prinsipi üzrə XİNŞ-də sədrilk Qazaxıstandan Azərbaycana keçib.

İclası açan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ümidvar olduğunu bildirib ki, XİNŞ-nin işi səmərəli olacaq və təşkilata üzv ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək. Daha sonra iclas bağlı qapılar arxasında davam etdirilib.

Xatırdadaq ki, XİNŞ-nin işində İran, Pakistan, Azərbaycan və Əfqanıstan XİN başçıları iştirak edir. Yerdə qalan ölkələr isə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunub.

İclasın gündəliyinə təşkilatın inkişaf perspektivləri ilə bağlı bir sıra məsələlər daxildir. İclasda təşkilatın baş katibinin məruzəsi dinləniləcək, yeni sədr seçiləcək, regional təşkilat çərçivəsində nəqliyyat və ticarət sahəsində əməkdaşlıq, viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Nazirlər 2005-2006-cı illərin büdcəsini nəzərdən keçirəcək və 2006-cı il üçün tədbirlər planını təsidq edəcək. Nazirlər, həmçinin, İƏT ölkələrinin mayın 5-də Bakıda keçiriləcək IX sammitinin gündəliyini də təsdiq edəcək.

Xəbər lenti

Xəbər lenti