...

Danial Axmetov: Qazaxıstan İƏT ölkələrinin qarşılıqlı fəaliyyətinə böyük önəm verir

Siyasət Materials 5 May 2006 17:32 (UTC +04:00)

Qazaxıstan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bunu, "Kazinform"un verdiyi məlumata əsasən, Qazaxıstan baş naziri Danial Axmetov İƏT-in Bakıda keçirilən növbəti iclasında bəyan edib.

Trend agentliyinin məlumatına əsasən, D.Axmetov nəqliyyat, kommunikasiya, ticarət, energetika və kənd təsərrüfatı sahəsindəki məsələlərin həllində İƏT ölkələrinin qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təşkilat çərçivəsində qoyulan vəzifələrin uğurlu icrasının əsas şərti İƏT fəaliyyətinin səmərəliyini artırmaqdır. Bununla əlaqədar beynəlxalq təşkilatın nizamnamə sənədlərinə müəyyən düzəlişlərin edilməsi lazımdır.

Xəbər lenti

Xəbər lenti