...

106 saylı Tovuz-Aqstafa seçki dairəsi üzrə saat 13.00- qədər 4890 seçici səs verib

Siyasət Materials 13 May 2006 14:08 (UTC +04:00)

106 saylı Tovuz-Ağstafa seçki dairəsi üzrə saat 13.00-a qədər 4890 seçici müvafiq seçki məntəqələrinə gedərək səs verib.

Adıçəkilən DSK sədri Xalid Məmmədovun verdiyi məlumata görə, indiyə qədər səs vermiş seçicilərin sayı dairə üzrə qeydə alınmış və adı siyahıya salınmış seçicilərin ümumi sayının 11,8%-i təşkil edir. X.Məmmədov qeyd edib ki, heç bir məntəqədə qanun pozuntusu qeydə alınmayıb.

Xatırladaq ki, respublikamızın Qərb bölgəsi üzrə təkrar seçkilər keçirilən iki dairədən yalnız 106 saylı Tovuz-Ağstafa dairəsinə daxil olan 15 məntəqədə exit-poll keçirilir.

Xəbər lenti

Xəbər lenti