Azərbaycan və Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planı ilə bağlı danışıqların növbəti raundu təxirə salınıb. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Məsləhətləşmələr mayın 15-də aparılmalı idi. Bu məqsədlə Mərkəzi və Şərqi Avropa ilə əlaqələr üzrə baş direktor Hyuq Minqarellinin rəhbərlik etdiyi AB missiyasının Bakıya səfəri gözlənilirdi. Görüşdə ilkin olaraq 5 il müddətinə nəzərdə tutulmuş fəaliyyət planının son variantının müzakirəsi planlaşdırılırdı.
AB missiyasının Bakıya səfəri və aparacağı danışıqların vaxtı hələ müəyyən olumayıb.