...

İbrahim Nəbioğlu: "28 May - Respublika Günü münasibətilə İstanbuldakı Baş Konsulluqda böyük tədbir keçiriləcək"

Siyasət Materials 22 May 2006 17:46 (UTC +04:00)

28 May - Respublika Günü münasibəti ilə Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulluğunda rəsmi qəbul olacaq. Bu barədə Trend ə Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu məlumat verib.

O, bildirib ki, Türkiyədə mayın 28-də ilk Azərbaycan Cümhuriyyətinin yaranma gününə həsr olunmuş tədbirlər keçiriləcək. Bununla bağlı həm Türkiyədəki Azərbaycan dispor təşktlatları, dərnəkləri, həm də İstanbuldakı konsulluq tədbirlər planlaşdırır. İ.Nəbioğlunun sözlərinə görə, Konsulluqdakı rəsmi qəbulda Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndələr, İstanbul valisi, şəhərin bələdiyyə rəisi, burada yaşayan tanınmış iş adamları, mədəniyyət xadimləri iştirak edəcəklər: "Bu, böyük bir tədbir olacaq. Həm Türkiyənin, həm Azərbaycanın nüfuzlu şəxsləri, alimləri, siyasi xadimləri, həm də xarici ölkələrin nümayəndələri mərasimə dəvətlidirlər".

Xəbər lenti

Xəbər lenti