...

Covanni Layolo: "Azərbaycan, həqiqətən, dinlərin, mədəniyyətlərin qovuşduğu yerdir"

Siyasət Materials 22 May 2006 17:49 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov mayın 22-də Azərbaycanda səfərdə olan Iatikanın dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Covanni Layolonu qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Oqtay Əsədov deyib ki, Iatikan Azərbaycanın müstəqillyini tanıyan ilk dövlətlərdəndir: "Biz Avropanın bu ölkəsi ilə əlaqələrin inkişafında maraqlıyıq. Azərbaycan öz coğrafi-siyasi mövqeyinə görə, tarixən dinlərin, mədəniyyətlərin qovuşduğu yer olub. Burada həmişə tolerantlıq hökm sürüb, müxtəlif din mənsublarına hörmətlə yanaşıblar. Azərbaycanda ilk katolik icmaları hələ XIX əsrin ortalarında yaranıb. XX əsrin əvvəlində isə Bakıda ilk katolik kilsəsi tikilib. Katoliklər Konstitusiyanın Azərbaycan vətəndaşlarına verdiyi bütün hüquq və azadlıqlardan istifadə edirlər".

Sonra Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Nüfuzlu beynəlxalq təşkilatların problemlə bağlı qəbul etdikləri qərar və qətnamələrdən danışıb, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini qonaqların diqqətinə çatdırıb.

Covanni Layolo qeyd edib ki, Azərbaycan ilə Iatikan arasındakı dostluq əlaqələrinin vəziyyəti qaneedicidir: "Azərbaycan, həqiqətən, dinlərin, mədəniyyətlərin qovuşduğu yerdir. Biz buradakı tolerantlığı yüksək qiymətləndiririk. Azərbaycan sürətlə inkişaf edir və biz bundan çox məmnunuq. Iatikan Azərbaycan ilə münasibətlərin genişlənməsində maraqlıdır və Bakıya səfərimdən məqsəd də əlaqələrimizin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır".

Xəbər lenti

Xəbər lenti