...

İsveç Parlamentinin və İranın bu ölkədəki səfirliyinin qarşısında mitinq keçiriləcək

Siyasət Materials 25 May 2006 17:54 (UTC +04:00)

İranda baş verən son hadisələrlə bağlı mayın 26- da İsveç Parlamentinin qarşısında azərbaycanlıların geniş etiraz aksiyası keçiriləcək. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Avropa bürosundan məlumat verilib.

Parlamentin qarşısında 1 saatlıq mitinqdən sonra tədbir iştirakçıları İranın İsveçdəki səfirliyinə yürüş edərək burada da mitinq kecirməyi planlaşdırırlar. Tədbirdə Azərbaycan təşkilatları və soydaşlarımızla birgə, digər millətlərin nümayəndələrinin də iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Federasiyası İsveç (AFİ) təşkilatı Beynəlxalq Əfv təşkilatına, BMT İsveç ofisinə, İsveçin Baş Nazirinə, Xarici İşlər Nazirliyinə, Parlamentin bütün üzvlərinə, siyasi partiyalara, Türkiyə Cümhuriyyətinin və ABŞ-ın bu ölkədəki səfirliyinə və digər qurumlara məktub göndərib. Məktubda son günlərdə təbrizdə və Güney Azərbaycanın digər şəhərlərində baş verən hadisələr barədə məlumat verilib, keçirilən etiraz aksiyalarından fotoşəkillər təqdim olunub. Həmçinin rəsmi dövlət qəzeti olan "İran"ın səhifələrində dərc olunmuş təhqiredici karikatura və yazı da İsveç dilinə tərcümə olunaraq məktuba əlavə edilib.

Xəbər lenti

Xəbər lenti