...

Vətəndaşlar tərəfindən Hərbi Prokurorluğa daxil olmuş 2979 müraciətdən 1221-i müsbət həllini tapıb

Siyasət Materials 26 May 2006 15:52 (UTC +04:00)

Son aylar ərzində vətəndaşlar tərəfindən Hərbi Məhkəməyə daxil olmuş 2979 müraciətdən 1221-i müsbət həllini tapıb. B barədə Trend ə Azərbaycan Respublikası hərbi prokurorunun köməkçisi Əfrahim Tağıyev məlumat verib.

"Müraciətlərin 19-u Baş Prokurorluqda yaradılmış "qaynar xətt" əlaqə mərkəzindən Hərbi Prokurorluğa daxil olmuş müraciətlərdir. Onların hamısına qanunla müəyyən olunmuş müddətlərdə və qaydada baxılaraq müvafiq cavablar verilib" - deyə Ə.Tağıyev söyləyib.

Prokuror köməkçisinin sözlərinə görə, Hərbi Prokurorluq orqanlarında vətəndaşların şəxsi qəbuluna daha çox diqqət yetirilir. Ərazi hərbi prokurorluqlarında vətəndaşların qəbulunu həyata keçirməklə bağlı prosedur qaydalar təkmilləşdirilib və vətəndaşların maraqları ilə üst-üstə düşən yeni qaydada qrafiklər tərtib olunub. Həmin qrafiklərə uyğun olaraq hərbi prokurorlar, onların müavini və köməkçiləri həftədə bir dəfə hərbi hissələrdə olmaqla hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxırlar.

"Hərbi prokurorluğun Mərkəzi Aparatında isə müxtəlif məsələlərlə bağlı 535 vətəndaş qəbul edilib. Həmin vətəndaşlardan 98 -i hərbi prokuror Xanlar Vəliyev tərəfindən, 59-u hərbi prokurorun müavinləri tərəfindən şəxsən dinlənilib və onların problemləri ilə əlaqədar müvafiq tədbirlər görülməsi üçün göstərişlər verilib" - deyə Ə.Tağıyev bildirib.

Xəbər lenti

Xəbər lenti