...

Qərb bölgəsində 420 hektar pambıq sahəsi məhv olub

Siyasət Materials 26 May 2006 19:24 (UTC +04:00)

Gəncə regional Aqrar Elm Mərkəzinin direktoru Ziyad Abbasov bildirir ki, bu il Qərb bölgəsində 2130 hektar pambıq əkilib. May ayında havaların yağmurlu keçməsi ilə əlaqədar sahənin təxminən 440 hektarına ziyan dəyib.

Bu vaxta kimi bunun 20 hektarında təkrar səpin aparılsa da, qalan 420 hektarı boş qalıb. Bu isə fermerlərin iqtisadiyyatına mənfi təsir edir. Abbasov onu da vurğulayıb ki, pambıqda təkrar səpin aparıldıqda məhsulun maya dəyəri təxminən 20 faiz artır.

Bundan başqa Ziyad Abbasov bildirib ki, yağışların təsirindən taxıl sahələrində də bir sıra xəstəliklər meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti