Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi plenar sessiyasında Azərbaycanda 2004-cü il bələdiyyə seçkilərinin yekunlarını müzakirə edib. Bu barədə Trend ə AB-in Bakıdakı informasiya ofisindən məlumat vreilib.
2004-cü ildə Azərbaycanın 141 bələdiyyəsində yerli hakimiyyət orqanlarına keçirilən seçkilərin nəticələrinin qeyri-qanuni taninması ilə əlaqədar təkrar seçkilərin vaxtının müəyyən edilməməsi faktı qeyd olunub.
Bununla əlaqədar Konqress CG(13) 2 saylı qətnamə qəbul edib. Qətnamədə ilin sonuna qədər təkrar seçkilərin keçirilməsi və Azərbaycanın Konqresdəki nümayəndə heyətinin tam tərkibdə formalaşdırılmasının zəruriliyi qeyd olunub.