...

Milli Məclisin sədri Latviya seyminin sədri ilə görüşüb

Siyasət Materials 2 İyun 2006 18:17 (UTC +04:00)

Avropa Şurası ölkələrinin parlament sədrlərinin Tallin sammitində və Finlandiya parlamentinin Helsinkidə keçirilən 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov iyunun 2-də Latviyanın paytaxtı Riqaya gəlib. Trend xəbər verir ki, günün ikinci yarısında spiker Riqa seymində Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Bu görüşdən sonra Milli Məclisin sədri Latviya seymnin sədri İnqrid Udre ilə görüşüb. Azərbaycan parlamentinin spikeri Buldurs orta məktəbində latviya uşaq evlərində tərbiyə alan uşaqlar üçün keçirilən xeyriyyə konsertinə də qatılacaq.

Konsert Latviyanın Mədəniyyət Nazirliyi ilə Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti