İyunun 6-da Azərbaycan prezidenti İlham Əliyev Fransanın BNP Paribas bankının prezidenti Mişel Peberonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend agentliyinin məlumatına əsasən, görüş zamanı Azərbaycanın energetika sektorunda bankın iştirakı, eləcə də respublikada bu sahədə əldə olunmuş böyük nailiyyətlər müzakirə edilib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal energetika layihələrinə də toxunulub.
Ölkəmizin müvafiq strukturlarının Paribas bankı ilə əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.