...

Tbilisidə Parlamentarların Qlobal Fəaliyyət Təşkilatının "MDB regionunda atıcı və yüngül silahlar" mövzusunda parlament seminarı keçiriləcək

Siyasət Materials 7 İyun 2006 18:44 (UTC +04:00)

İyunun 9-dan 10-dək Tbilisidə Parlamentarların Qlobal Fəaliyyət Təşkilatının "MDB regionunda atıcı və yüngül silahlar" mövzusunda Parlament seminarı keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Seminarda Milli Məclisin deputatı Qənirə Paşayeva iştirak edəcək.

Tədbirdə MDB regionunda və qonşu ölkələrdə BMT-nin fəaliyyət proqramının yerinə yetirilməsi, silah satışı və alverinə qarşı tədbirlərin görülməsi, atıcı və yüngül silahlar üzərində nəzarət, münaqişələrin həllində, sülhün yaradılmasında parlamentlərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Q.Paşayeva müzakirələr zamanı çıxış edəcək, məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək.

Xəbər lenti

Xəbər lenti