Azərbaycanın Supsa və Batumi gürcü limanları vasitəsilə satdığı AZERI LT (CIF) neftinin orta qiyməti iyunun 5-dən 9-dək $69,42/barel təşkil edib ki, bu da ötən həftəki göstəricidən $0,64/barel azdır. Trend agentliyinin məlumatına əsasən, AZERI LT neftinin maksimal qiyməti mayın iyunun 5-dən 9-dək $70,52/barel, minimal qiyməti - $67,88/barel təşkil edib.
Azərbaycanın Novorossiysk limanında satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti iyunun 5-dən 9-dək $63,34/barel təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə $0,65/barel azdır. URAL LT neftinin maksimal qiyməti iyunun 5-dən 9-dək $64,38/barel, minimal qiyməti - $63,10/barel təşkil edib.
Brent (DTD) neftinin orta qiyməti mayın iyunun 5-dən 9-dək $67,55/barel təşkil edib ki, bu da ötən həftəki göstəriciyə nisbətən $1,34/barel azdır.
Brent netfinin maksimal qiyməti mayın 29-dan-iyunun 2-dək $69,33/barel, minimal qiyməti - $64,05/barel təşkil edib.
Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.