...

Vahid Axundov: Azərbaycan avrobondların buraxılışında yardım barədə bir çox təkliflər alır

Siyasət Materials 12 İyun 2006 16:30 (UTC +04:00)

Bir neçə il ərzində Azərbaycan avrobondların buraxılışında yardım barədə bir çox təkliflər alır. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün prezidentin iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov jurnalistlərə verdiyi müsahibəsində bildirib.

"Orta hesabla Avropa bondlarının buraxılışı üzrə təkliflər 5 il müddətinə 5-6% gəlirlilik və 250 milyon ABŞ dolları buraxılış həcmi səviyyəsindədirlər. Azərbaycanın beynəlxalq qiymətli kağızlar bazarına çıxışı çox nüfuzludur və bu, kreditlərin təqdim olunması siyasətinə də müsbət təsir göstərəcək. Eyni zamanda şəxsi ehtiyatlar da güclü şəkildə artır, ona görə də qiymətli kağızlar bazarında fəal siyasət haqqında qərar qəbul etməzdən əvvəl bəzi tərəddüdlər var", - deyə V.Axundov qeyd edib.

O ümid edir ki, avrobondların buraxılışı baş tutacaq, çünki ölkə iqtisadi yüksəliş ərəfəsindədir.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, ilk emissiyanın həcmi hələ konkretləşdirilməyib, dünya maliyyə bazarlarının öz qaydaları var və avrobondların buraxılışının uğurlu olması üçün müəyyən pula çevrilmə qabiliyyəti təmin olunmalıdır. Alınan minimal məbləğ, onun fikrincə, 250 milyon dollardan az olmamalıdır, mədaxil isə bazar tərəfindən müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti