...

Roland Veqener: "Hesab edirik ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var"

Siyasət Materials 14 İyun 2006 12:42 (UTC +04:00)
Roland Veqener: "Hesab edirik ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var"

Bakıda səfərdə olan Avropa Şurasının AQO qrupunun üzvləri iyunun 14-də Mərkəzi Seçki Komissiyasında (MSK) görüş keçiriblər. Görüşdən sonra AQO qrupu missiyasının rəhbəri Roland Veqener Trend ə eksklüziv müsahibə verib.

O bildirib ki, MSK sədri Məzahir Pənahovla görüşdə əsasən Azərbaycanda keçirilmiş təkrar parlament seçkiləri barədə müzakirələr aparıblar. Eyni zamanda AQO üzvləri Azərbaycanın Seçki Məcəlləsi, seçki komissiyalarının formalaşdırılması barədə fikirlərini MSK rəhbərliyinin diqqətinə çatdırıblar: "Biz seçki prosesində müşahidə edilən çatışmazlıqları müzakirə etdik. Bu çatışmazlıqların aradan qaldırılması yolları barədə də fikir mübadiləsi apardıq. Biz xüsusilə seçki komissiyalarının tərkibi barədə öz tənqidi fikirlərimizi çatdırdıq. Bilirsiniz ki, Azərbaycan hökuməti Avropa Şurasının Venesiya Komissiyasından Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün köməklik göstərilməsini istəyib. Bu barədə də fikirlərimizi bölüşdük. Biz ümid edirik ki, Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələsi öz həllini tapacaq"-deyə qrupun rəhbəri bildirib.

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində vəziyyəti qiymətləndirərkən isə Roland Veqener bildirib ki, hökumət bu məsələdə irəliləyişlərə nail olub: "Avropa Şurası qarşısında bəzi öhdəlikləri həqiqətən də yerinə yetirilib. Amma eyni zamanda bəzi mühüm məsələlər var ki, bu öhdəliklər də mütləq həyata keçirilməlidir. Həmçinin biz hesab edirik ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var. MSK sədri Məzahir Pənahov bizə bildirdi ki, təkrar parlament seçkiləri əvvəlki seçkilərdən bir az da üstün olub, hətta gözlənildiyindən daha yaxşı keçib. Amma Məzahir Pənahov eyni zamanda seçki prosesində bəzi çatışmazlıqların olması barədə fikirlərimizlə razılaşdı".

Xəbər lenti

Xəbər lenti