Sabir Məmməd oğlu Ağabəyov Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Trend agentliyinin məlumatına əsasən, bu barədə Azərbaycan prezidenti İlham Əliyev iyunun 14-də müvafiq sərəncam imzalayıb.
Digər sərəncamla dövlət başçısı S.Ağabəyovə fövqaladə və səlahiyyətli səfir rütbəsi verib.
S.Ağabəyov indiyədək Azərbaycan XİN Konsulluq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.