...

Valeh Ələsgərov iyunun 19-da Tbilisiyə səfər edəcək

Siyasət Materials 19 İyun 2006 12:31 (UTC +04:00)

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov "Avrasiya enerji təhlükəsizliyi: bazara çıxış və investisiya siyasəti" mövzusunda keçiriləcək Beynəlxalq Konfransda iştirak etmək üçün iyunun 19-dan Tbilisiyə səfər edəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Konfrans Beynəlxalq Enerji Agentliyi və Gürcüstan dövlətinin təşəbbüsü ilə keçirilir. Tədbirdə yerli enerji siyasəti və bazarın strukturu, enerji təhlükəsizliyi siyasəti, təchizata verilən tələblər və tranzitlə bağlı məsələlər müzakirə olunacaq.

Parlament sədrinin müavini müzakirəyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Səfər iyunun 21-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti