İyunun 20-də Azərbaycan DİN Daxili Qoşunlarının komandanı Zakir Həsənov Rusiya Federasiyası Daxili Qoşunlarının baş komandan müavini, general-leytenant Sergey Topçiyi qəbul edib. Trend xəbər verir ki, görüşdə iki ölkənin daxili qoşunları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Qonaq Zakir Həsənova Rusiyanın Daxili qoşunları baş komandanı Nikolay Roqojkinin salamını çatdırıb və bildirib ki, üzürlü səbəblərə görə baş komanqdanın Bakıya səfəri baş tutmayıb.
Zakir Həsənov Azərbaycanla Rusiya arasında digər sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanları sahəsində də münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Görüş çərçivəsində həmçinin eyniadlıı iki qurum arasında gələcək fəaliyyətin perspektivləri müzakirə olnub və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, proqrama uyğun olaraq, gün ərzində S.Topçiyin Daxili qoşunların Bakıdakı iki hərbi hissəsi ilə tanış olacaq.