...

2006-2007-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə tələbə qəbulu başlanıb

Siyasət Materials 20 İyun 2006 12:44 (UTC +04:00)
2006-2007-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə tələbə qəbulu başlanıb

Azərbaycanın Tədəbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2006-2007-ci tədris ili üçün dövlət və dövlət qeydiyyatından keçmiş qeyri-dövlət ali təhsil müəssisələrinə tələbə qəbulu elan edib. Trend in verdiyi xəbərə görə, bu barədə Dövlət komissiyasının sədri Məleykə Abbaszadə iyunun 20-də keçirilən mətbuat konfransında bildirib.

Qəbul qaydaları "Abituriyent" jurnalının üçüncü sayında dərc olunub. Bu jurnalda abituriyentlərin sənədlərinin qəbul qaydaları haqqında ətraflı məlumat, qəbulun aparıldığı ixtisasların siyahısı, ərizələrin nümunəsi dərc olunub. Jurnallar artıq satışdadır.

Dövlət komissiyası sədrinin sözlərinə görə, bu il 27 dövlət və 13 qeyri-dövlət ali təhsil müəssisəsinin 261 ixtisası üzrə qəbul olacaq. Bu müəssisələrdəki plan yerlərinin ümumi sayı 25629-dur, bunlardan 22479-u dövlət, qalanları isə qeyri-dövlət müəssisələrinin payına düşür. Abituriyentlər sənədlərini beş ixtisas qrupu üzrə verə bilərlər. Orta təhsilini başa vurmuş şəxslər ali məktəbə daxil olmaq hüququna malikdirlər, ixtisaslaşdırılmış təhsil müəssisəsinə daxil olmaq istəyən abituriyentlər isə seçilmiş ixtisasa uyğun olaraq, müvafiq nazirlik və idarələrin müəyyən etdiyi fənnlərdən imtahan verməlidirlər.

Sənəd qəbulu iyunun 25-dən başlayır. Bu tədris ilində ilk dəfə olaraq yenidən yaradılmış Turizm İnstitutunun "Turizmdə menecment" və "Turizm və sosial-mədəni servis xidməti" ixtisaslarına qəbul olacaq.

M.Abbaszadənin sözlərinə görə, bu il, ötən illərdə olduğu kimi, TQDK imtahanların gedişatında ciddi təhlükəsizlik tədbirləri görəcək, bu işə mühafizə və təhlükəsizlik üzrə xarici şirkətlər cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti