...

Azərbaycan prezidenti Bakı Dəniz Vağzalının açılışında iştirak edib

Siyasət Materials 21 İyun 2006 17:33 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Bakı Dəniz Vağzalının açılış mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə vağzalın xarici görünüşünü seyr edib, ətraf ərazidə gedən tikinti, abadlıq işləri ilə maraqlanıb.

Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov Bakı Dəniz Vağzalının binasının bərpası istiqamətində görülən işlər haqqında İlham Əliyevə məlumat verərək qeyd edib ki, ki, bu vağzalın binasının əsası 1970-ci ildə keçmiş prezident Heydər Əliyev tərəfindən qoyulub. Ancaq ötən illər ərzində vağzalda təmir işləri aparılmayıb. Sonuncu zəlzələ zamanı isə binanın divarlarında çatlar əmələ gəlib.

Müasir standartlara cavab verən, ən yeni avadanlıq quraşdırılmış dəniz vağzalı gün ərzində 1200 sərnişinə xidmət edə biləcək. Hazırda Qazaxıstan, Türkmənistan və Rusiyaya gəmi-bərələr işləyir, iki gəmi isə Neft daşlarına reyslər həyata keçirir. Iağzalda iş yerlərinin sayı 120-yə çatdırılıb.

Vağzalda 400 yerlik konfrans salonları fəaliyyət göstərir.

İlham Əliyev Bakı Dəniz Vağzalından səmərəli istifadə ilə bağlı müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti