...

İyunun 30-da hersoq Yorkski Bakıya gələcək

Siyasət Materials 27 İyun 2006 16:21 (UTC +04:00)

İyunun 30-da hersoq Yorkski Endryu Albert Kristian Edvard (Şahzadə Endryu) Bakıya gələcək. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, o, Azərbaycana Böyük Britaniyanın ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi kimi səfər edəcək.

Səfər BTC neft kəmərinin inşasının başa çatması və istismara verilməsi ilə əlaqədar həyata keçirilir. Hersoqun Azərbaycan rəhbərliyi, o cümlədən Britaniya biznesinin nümayəndələri ilə görüşəcəyi, Azərbaycan və Britaniya arasında iqtisadi və kommersiya əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcəyi gözlənilir. İyunun 1-də hersoq kraliça II Yelizavetanın doğum günü münasibətilə təşkil olunacaq rəsmi qəbulda iştirak etmək niyyətindədir. Hersoq təqribən iyulun 3-də Bakını tərk edəcək.

Qeyd edək ki, hersoq Yorkski BTC neft kəmərinə ilk neftin daxil olması mərasimində iştirak etmək üçün 2005-ci ilin mayında Bakıya səfər edib.

Xəbər lenti

Xəbər lenti