...

Milli Məclisin elm və təhsil komissiyasının növbəti iclası keçirilib

Siyasət Materials 28 İyun 2006 15:29 (UTC +04:00)

Milli Məclisin elm və təhsil komissiyasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda komissiyanın saytının hazırlanması, "Təhsil haqqında" qanun və digər məsələlər müzakirə edilib.

Komissiyanın sədri Şəmsəddin Hacıyev bildirib ki, sayt Azərbaycan, rus və ingilis dillərində yayımlanacaq. Saytda elm və təhsil komissiyasında hazırlanan qanunvericilik aktları, komissiyanın fəaliyyəti və üzvləri barədə ətraflı məlumatlar yerləşdiriləcək. O da vurğulanıb ki, yaxın günlərdə saytın təqdimatı mərasimi keçiriləcək.

Ş.Hacıyev onu da bildirib ki, artıq "Təhsil haqqında" qanun layihəsinin müzakirəsi komissiyada başa çatıb. Sənəd Azərbaycanın təhsil sisteminin bu günkü tələblərinə cavab verir. Komissiyanın sədri onu da vurğulayıb ki, qanun layihəsinin hazırlanmasında 45 dövlətin təhsil sahəsindəki qanunvericilik bazasından da istifadə olunub. Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti