...

Azərbaycan prezidenti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini "Şöhrət" ordeni ilə təltif edib

Siyasət Materials 29 İyun 2006 16:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkökün "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncamda deyilir ki, H.Özkök Türkiyə və Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq əlaqələrinin inkişafına göstərdiyi böyük xidmətlərə görə təltif edilir.

Xəbər lenti

Xəbər lenti