...

Azərbaycan prezidenti DİN-in bir sıra zabitlərini ali xüsusi rütbələrlə təltif edib

Siyasət Materials 1 İyul 2006 11:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 30-da respublikanın Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Vilayət Eyvazov və Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov "Polis geneal-leytenantı" rütbəsi ilə təltif olunublar.

Eyni zamanda, "Polis general-mayoru" rütbəsi Azərbaycan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanova və respublika Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinin rəisi Emin Şəkinsikiyə verilib.

Xəbər lenti

Xəbər lenti