...

Sentyabrda İslam Partiyasının VI qurultayı keçiriləcək

Siyasət Materials 3 İyul 2006 19:26 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycan İslam Partiyasının 6-cı qurultayı keçiriləcək. Bu barədə Trend ə İslam Partiyasından məlumat verilib.

Qurultaya hazırlıq məqsədilə Azərbaycanın bölgələrində yerli təşkilatların konfranslarına başlanılacaq, səfərlər təşkil ediləcək. Yerli konfransların işində partiya rəhbərliyi, Mərkəzi Aparatın nümayəndələri də iştirak edəcəklər. Konfranslarda qurultaya nümayəndələr seçiləcək. İyul-avqust ayları ərzində nümayəndələrin seçilməsi prosesi gedəcək, sentyabrda bu siyahı tam müəyyən olunacaq. Bundan sonra qurultayın günü təyin olunacaq.

Qurultayda İslam Partiyasının sədri və ali orqanları seçiləcək. Həmçinin ictimai-siyasi proseslər müzakirə olunacaq. Ölkədə seçki sistemində dəyişikliklər baş verməyəcəyi təqdirdə partiya bələdiyyə seçkilərində iştirak etməməyə qərar verəcək.

Xəbər lenti

Xəbər lenti