...

GUAM-ın milli əlaqələndiriciləri Batumidə yığışacaqlar

Siyasət Materials 6 İyul 2006 14:58 (UTC +04:00)

İyulun 13-15-də Batumidə (Gürcüstan) GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) - Demokratiya və İnkişaf Naminə Təşkilatın Milli Əlaqələndiricilər komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi, ölkənin Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov məlumat verib.

Onun sözlərinə görə, iclasın gündəliyinə təşkilata üzv ölkə başçıları və xarici işlər nazirləri Şurasının mayın 21-22-də Kiyevdə keçirilmiş sonuncu sammitində qəbul olunmuş qərarların yerinə yetirilməsi ilə bağlı məsələlər daxil ediləcək. Milli əlaqələndiricilər xüsusilə sammitin GUAM-ın beynəlxalq quruma çevrilməsi ilə bağlı qərarlarının yerinə yetirilməsi mexanizmini müzakirə edəcək.

İclasda Azərbaycan XİN başçısının müavini Araz Əzimov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti