...

Rusiya-Azərbaycan sərhədində iki zastava açılıb

Siyasət Materials 7 İyul 2006 19:30 (UTC +04:00)

Rusiyanın Azərbaycanla sərhədində, Dağıstan Respublikasının Rutul rayonunda sərhəd zastavaları açılıb.

"RİA Novosti"nin yaydığı məlumata əsasən, açılış mərasimində Dağıstan prezidenti Muxu Əliyev, Təhlükəsizlik Şurasının katibi Əhmədnəbi Maqdiqaciyev, Rusiya Xəzər Sərhəd İdarəsinin rəhbəri iştirak edib.

Hazırda Rusiyanın Dağıstandakı sərhədinin möhkəmləndirilməsi istiqamətində iş gedir. 4 il ərzində sərhəd müasir mühafizə sistemlərilə təchiz olunacaq.

Həmin plan çərçivəsində "Luçek" və "Mişleş" adlı iki sərhəd zastavasının açılışı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti