...

YAP Gənclər Təşkilatı Fransa və ABŞ-ın hakim partiyalarının gənclər təşkilatları ilə əlaqələrini genişləndirəcək

Siyasət Materials 8 İyul 2006 12:21 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatı Fransa və ABŞ-ın hakim partiyalarının gənclər təşkilatları ilə əlaqələrini genişləndirəcək. Bu barədə Trend ə YAP Gənclər Təşkilatının sədri Ramil Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, YAP-ın gəncləri Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya və MDB-yə djaxil olan bəzi dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə əməkdaşlıq edir.

Onu da bildirək ki, aprelin 24-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Gənclər birliyinin sədri Hakan Tütünçünün və mayın 10-da isə parlamentdə səs çoxluğu ilə təmsil olan Ukraynanın Regionlar Partiyası Gənclər Təşkilatının sədri Viktor Yanukvoçin rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycanda səfərdə olublar.

R.Həsənov onu da bildirib ki, Türkiyənin hakim partiyasının Gənclər Birliyinin dəvəti ilə yaxın vaxtlarda Ankaraya səfər edəcəklər: "Bizim birgə bir neçə layihələrimiz mövcuddur ki, onları reallaşdıracağıq". YAP rəsmisi onu da əlavə edib ki, Fransa prezidenti Jak Şirakın rəhbərlik etdiyi Xalq Hərəkatı Uğrunda Birliyin və ABŞ-ın hakim Respublikaçılar Partiyası gənclər təşkilatları ilə də əlaqələri qurmaqla bağlı planlar üzərində işlənilir.

Xəbər lenti

Xəbər lenti