...

Gürcüstanda GUAM ölkələri Gənclər Forumunun ilk elmi-praktik konfransı planlaşdırılıb

Siyasət Materials 10 İyul 2006 16:00 (UTC +04:00)

İyul ayında Gürcüstanda GUAM ölkələri Gənclər Forumuna daxil olan gənclər Təşkilatlarının ilk elmi-parktik konfransı planlaşdırılıb. Bu barədə Trend ə "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov bildirib.

F.Məmmədov bildirib ki, belə bir təşəbbüs Gürcüstanın gənclər və idman nazirinin müavini tərəfindən edilib: "Məqsəd GUAM ölkələri Gənclər Forumuna üzv olan təşkilatların üzəlşdiyi problemlər müzakirə olunacaq. Elmi-praktik konfrans əsasən ilkin tanışlıq xarakter daşıyacaq". F.Məmmədov onu da vurğulayıb ki, Gürcüstanda gənclərin fəaliyyəti ilə bağlı qanunvericilik bazası olmadığından və bu sahədə pərakəndə fəaliyyət mövcud olduğundan tədbir baş tutmaya da bilər.

Hərəkatın həmtəsisçisi onu da vurğulayıb ki, elmi-praktik konfrans iyul ayında baş tutursa Azərbaycanı onunla yanaşı Azərbaycan gənclər və idman nazirliyinin şöbə müdi Fərhad Hacıyev, Azərbaycan Gənclər İttifaqının nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Könüllüləri İctima Birliyinin nümayəndəsi Rüstəm Abdullayev də təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti