...

Əli Orucov: "AMİP-in heç bir rayon və şəhər təşkilatı istefa verməyib"

Siyasət Materials 12 İyul 2006 13:03 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mingəçevir şəhər təşkilatının istefa verməsi ilə bağlı yayılan məlumatlar partiyanın parçalanmasına xidmət edir. Bu barədə Trend ə AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov bilidirb.

Ə.Orucov qeyd edib ki, AMİP-in heç bir rayon və şəhər təşkilatı istefa verməyib: "Belə məlumatlar yalnız bizi gözü götürməyən qüvvələrin təxribatıdır. Partiyanın Mingəçevir şəhər təşkilatının sabiq sədri Telman Məmmədov Siyasi Şuranın qərarı ilə tutduğu vəzifədən çoxdan kənarlaşdırılıb. Çünki bu şəxs AMİP sədrliyindən kənarlaşdırılan Əli Əliyevin adamıydı. Siyasi fəaliyyətlə məşğul olmaq istəməyib istefa verən bu şəxslərin partiyaya heç bir aidiyyatları yoxdur".

AMİP rəsmisi onu da bildirib ki, Nəbi Əliyevin sədrliyi ilə Mingəçevir şəhər təşkilatı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti