...

Ümid Partiyasının sədri Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Siyasət Materials 12 İyul 2006 16:22 (UTC +04:00)

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru Dallas Froriblə görüşüb. Trend xəbər verir ki, görüşdə təkrar bələdiyyə seçkiləri, mayın 13-də təkrar parlament seçkilərində institutun keçirdiyi exit-pollun nəticələləri və partiya ilə institut arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

İ.Ağazadə bələdiyyə seçkilərində iştirakla bağlı qonağa məlumat verib. Bildirib ki, partiya üzvlərinin bələdiyyə seçkilərinə münasibəti cəmiyyətin bu prosesə ümumi mövqeyindən fərqlənmir. İ.Ağazadə onu da vurğulayıb ki, təkrar bələdiyyə seçkilərində baş verə biləcək saxtakarlığın qarşısının alınması ilə bağlı partiyada tədbirlər planı hazırlanıb.

Bu prosesdə Ümid Partiyasının qərarını müsbət qiymətləndirən Dallas Frorib təcrübənin praktik işlərlə qazanıldığını söyləyib.

Xəbər lenti

Xəbər lenti