...

Viktor Yuşenkoya "Ukrayna-Azərbaycan Dostluq Evi" təşkilatının fəxri üzvü vəsiqəsi veriləcək

Siyasət Materials 13 İyul 2006 18:46 (UTC +04:00)
Viktor Yuşenkoya "Ukrayna-Azərbaycan Dostluq Evi" təşkilatının fəxri üzvü vəsiqəsi veriləcək

"Ukrayna-Azərbaycan Dostluq Evi" beynəlxalq ictimai təşkilatı prezident Viktor Yuşenkoya bu təşkilatın fəxri üzvü vəsiqəsi verməyi planlaşdırır. Bu barədə Trend in Kiyevdəki xüsusi müxbirinə "Ukrayna-Azərbaycan Dostluq Evi"nin idarə heyətinin sədri Aleksandr İvançuk bildirib.

Onun sözlərinə görə, mərasim V.Yuşenkonun Azərbaycana səfəri zamanı baş tutmalıdır.

A.İvançuk deyib ki, bu vəsiqə Azərbaycan prezidenti İlham Əliyevə 2006-cı il mayın sonlarında Kiyevdə verilib. O zaman Azərbaycanın dövlət başçısı GUAM-ın zirvə görüşündə iştirak edirdi.

Qeyd edək ki, 2006-cı ilin aprelində ölkə prezidentləri V.Yuşenkonun bu il Azərbaycana səfərini telefon vasitəsilə müzakirə ediblər.

Təşkilat 2006-cı ilin martında "Ukraznafta" ticarət evinin təşəbbüsü ilə təsis olunub. Bu təşkilatın yaradılmasında məqsəd millətlərarası münasibətlərin inkişafı və xalqlar arasında dostluğun möhkəmləndirilməsidir. Martın 15-də Bakıda "Ukraznafta" və "Ukrayna-Azərbaycan Dostluq Evi"nin nümayəndəlikləri açılıb.

Xəbər lenti

Xəbər lenti