...

ADP üzvləri Azərbaycan Yolu Siyasi Hərəkatına qoşulmaqla bağlı bəyanat verib

Siyasət Materials 14 İyul 2006 15:27 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) Gəncə şəhər, Daşkəsən və Xanlar rayon təşkilatlarının bir qrupu Azərbaycan Yolu Siyasi Hərəkatına qoşulub. Bu barədə Trend ə adıçəkilən hərəkatın mətbuat xidmətindən bildiriblər.

Onu da qeyd ediblər ki, ADP-nin adıçəkilən təşkilatlarından Azərbaycan Yolu Siyasi Hərəkatına qoşulanlar bəyanat qəbul edərək bundan sonra fəaliyyətlərini bu hərəkatda davam etdirəcəklərini bildiriblər.

ADP-nin Gəncə şəhər təşkilatından 17, Xanlar rayon təşkilatından 16, Daşkəsən rayon təşkilatından isə 5 nəfər istefa verib.

Xəbər lenti

Xəbər lenti