...

Klassik Xalq Cəbhəsi Partiyası Xətainin heykəli önündə onun doğüm gününü qeyd edib

Siyasət Materials 17 İyul 2006 12:50 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyası iyulun 17-də Şah İsmayıl Xətainin doğüm gününü qeyd edib. Trend in məlumatına görə, bu münasibətlə Xətainin Bakıdakı heykəli önündə toplantı keçirilib.

Qeyd edək ki, 1486-cı ildə doğulan İsmayıl Səfəvinin bu il 520 illik yubileyidir. Klassik Xalq Cəbhəsi Partiyasının nümayəndə heyəti Xətainin heykəli önündə gül-çiçək dəstələri qoyub, görkəmli sərkərdə və dövlət xadiminin xatirəsini yad ediblər. Anım törənində partiya sədri Mirmahmud Mirəlioğlu çıxış edərək Səfəvilər dövlətinin tarixindən, onun rəhbərlərindən biri Şah İsmayıl Xətainin Azərbycan torpaqlarını birləşdirməsi, böyük bir dövlətə çevirməsi və digər əhəmiyyətli xidmətlərindən danışıb.

Xətainin heykəlinin ziyarəti Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmasa da, toplantıya heç bir maneə törədilməyib.

Xəbər lenti

Xəbər lenti