...

MSK Bakı şəhəri və ətraf rayonların dairə, məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-müşavirə keçirib

Siyasət Materials 18 İyul 2006 18:46 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar iyulun 18-də "Dənizçilərin Mədəniyyət evi"ndə Bakı şəhəri və ətraf rayonların dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-müşavirə keçirib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Tədbirdə 11 saylı Qaradağ, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 13 saylı Əzizbəyov I, 14 saylı Əzizbəyov II, 27 saylı Sabunçu II, 28 saylı Sabunçu III, 44 saylı Sumqayıt-Abşeron və 45 saylı Abşeron seçki dairələri dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri iştirak ediblər. Seminar-müşavirədə çıxış edən MSK-nın üzvü Tamam Cəfərova tədbirin məqsədləri barədə danışıb. Sonra dairə seçki komissiyaları sədrlərinin görülmüş işlər barədə hesabatları dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, 8 dairə və 47 məntəqədə seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün bütün tədbirlər görülür, seçici siyahıları bir daha dəqiqləşdirilir, dairə və məntəqə seçki komissiyaları telefon, kompüter və digər lazımi avadanlıqlarla təmin edilir.

MSK-nın katibi Natiq Məmmədov seçkilərə hazırlıqla əlaqədar qarşıda duran vəzifələrdən danışıb, ərizələrin, imza vərəqələrinin doldurulması, ekspert qrupunun yaradılması, seçici siyahılarının hazırlanması və dəqiqləşdirilməsi, ümumən sənədlərlə iş barədə Seçki Məcəlləsində qanunla müəyyən edilmiş qaydalara dair ətraflı şərh verib.

Xəbər lenti

Xəbər lenti